Sumqayıt əhalisinin sayı açıqlanıb

433

Sumqayıtda yaşayan əhalinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, 2022-ci ilin oktyabrın 1-nə Sumqayıt şəhər əhalisi 347,8 min nəfər (məcburi köçkünlər istisna olmaqla) təşkil edir. İlin əvvəlindən Sumqayıt şəhər əhalisinin sayı 1,0 min nəfər artıb.

Ərazisi 94,7 kv.km olan şəhər əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 3672 nəfər olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər