“Sumqayıt” FK U-12 komandası beynəlxalq turnirdə çıxış edib

663

“Sumqayıt” FK U-12 komandası Beynəlxalq turnirdə iştirak edib. Bu barədə 5 sentyabr tarixində kluba istinadən xəbər veririk.

Batumidə keçirilən turnir 2-4 sentyabr tarixlərində baş tutub. Burada Gürcüstanın “Dinamo”, “Poti”, “Merani”, “Vikinqsa”, “Samtredia”, “Qori”, “Celero”, “Torpedo”, İtaliyanın “Yuventus”, Qazaxıstanın “Kayrat”, “Sdushor” və digər klublar da çıxış edib.

Komandamız  turnirin “A” qrupunda “Dinamo”, “Merani” “Poti” və “İnter” (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb. 12 yaşlılarımız bu mərhələdə “Merani” və “İnter” üzərində qələbə qazanıb (2:0; 3:1), “Poti” ilə heç-heçə edib (1:1), “Dinamo”ya isə məğlub olub (0:2).

Ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edilib. Qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanan komandamız bu mərhələdə “B” qrupunun lideri olan Qazaxıstanın “Kayrat” kollektivinə 1:2 hesabı ilə məğlub olub. Turnirin qalibi isə finalda “Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın “Yuventus” klubu olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər