Sumqayıt futbolçuları aksiyaya bu foto ilə qoşuldu

2062

“Sumqayıt” FK olaraq, Azerbaijan Professional Football League dəvəti ilə ABAD tərəfindən başladılan “18 Oktyabr – Dövlət Müstəqilliyi günü ilə əlaqədar Azərbaycan qarış-qarış” aksiyasına biz də qoşuluruq. Aksiyada əsas komandamızın üzvlərinin şəhərimizin əsas rəmzlərindən biri olan “Sülh Göyərçini” abidəsinin qarşısında çəkilmiş fotonu təqdim edirik.
“Sülh Göyərçini” abidəsi Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. Abidə 1978-ci ildə dənizkənarı parkda ucaldılmışdır. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub. Müəllifləri Sumqayıt şəhərinin rəssamı Vaqif Nəzirov və rəssam-heykəltəraş Asim Quliyevdir.
Bu aksiyaya Baş sponsorumuz S O C A R “Azərikimya” İB (official) və partnyorlarımız PASHA Life, Kapital Bank, Universal PRO MMC və Aquavita-nı dəvət edirik!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər