Sumqayıt: gənclər “Bərabərsizliyə son, AİDS son!” devizli maarifləndirici tədbirdə iştirak ediblər

584

Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib. Bu haqda AZƏRTAC-a istinadən xəbər veririk.

Tədbir – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Sumqayıt şəhər bölməsi, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şöbəsi ilə birgə təşkil olunub.

Tədbirdə AQAC-nin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, Respublika QİÇS–lə Mübarizə Mərkəzinin Sumqayıt Regional laboratoriyasının şöbə müdiri Lamiyyə Şahməmmədova çıxış ediblər. Onlar, İnsanın immunçatışmazlığı virusunun (İİV) kəşfi, tədqiqi tarixi və yoluxma yolları haqqında geniş məlumat verib.

Daha sonra tələbələr üçün İİV-na görə laborator testlər aparılıb. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri gənclərə QİÇS-in profilaktikası istiqamətində hazırlanan buklet və broşürlər, tibbi maska, dezinfeksiyaedici məhlulları paylayıblar.

Sonda isə, mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər