Sumqayıt Gənclər evində Xocalı faciəsinin qurbanlarının xatirəsi anıldı – FOTO

1211

23 fevral 2019-ci il tarixdə Sumqayıt Gənclər evində Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi- Qan yaddaşımızdır” adlı tədbir keçirilmişdir. Tədbirdə Gənclər və İdman Baş İdarəsi , Qarabağ Müharibəsi qaziləri və 140-a yaxın şəhərimizin müxtəlif sahələrini təmsil edən təkilatlar və ictimai fəal gənclər iştirak etmişdir. İlk öncə dövlət himni səsləndirilmiş daha sonra Xocalı faciəsində şəhid olan həmyerlilərimizin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Gənclər evinin gənc rəssamları tərəfindən hazırlanan rəsm sərgisinə baxış keçirilmişdir. Sərgidə 30-a yaxın rəsm nümayis etdirilmişdir. Sumqayit Gənclər evinin direktoru Pəri Vəliyeva çıxış edərək hər kəsi salamlamış , Xocalı faciəsinin vəhşət dolu anlarından həmin faciənin Azərbaycanın tarixində buraxdığı qanlı izlərdən, Cənab Prezidentin Xocalı soyqriminin kecirilməsi haqqında verdiyi sərəncamların bu faciə haqqında həssasiyətin göstəricisi olduğundan və dövlət gənclər siyasətindən , ölkəmizdə və şəhərimizdə gənclərə yaradılan şəraitdən, diqqət və qayğıdan bəhs etmisdir. Onu da qeyd etmişdir ki, Gənclər evi olaraq mütəmadi olaraq faciə ilə bağlı hər il Gənclər evində soyqrım və soyqrım qurbanları yad edilərək təbliğat xarakterli tədbirlər keçirilir. Daha sonra Qarabağ qaziləri, veteranları və şəhid ailələri ictimai birliyinin Sumqayıt şöbəsinin üzvü 2ci qrup Qarabağ əlili Sahib Şamilov da çıxış edərək Xocalı faciəsindən, faciənin Azərbaycan xalqına qarşı törədilmiş, öz ağlasığmaz qəddarlığından və bu faciənin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğundan bəhs etmişdir. Tədbir zamanı Xocalı Faciəsi ilə əlaqədar video çarx nümayiş etdirilmiş, könüllü gənclər tərəfindən faciəyə həsr olunan səhnələşdirilmiş tamaşa təqdim edilmiş və istedadlı gənclərin timsalında şeirlər və gitarada ifalar səsləndirilmişdir. Sonda tədbir iştirakçılarına bu tarixi hadisə ilə bağlı məlumatlandırıcı bukletlər paylanılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər