Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Sumqayıt Gənclərində Təşkilati Bacarıqların” artırılması layihəsi çərçivəsində növbəti təlim 20-21 oktyabr 2012-ci il tarixində Sumqayıt şəhərində yerləşən “Park” restoranda “Layihə yazılışı” mövzusunda olmuşdur. Təliimdə Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər iştirak etmişdir. Təlimdə çıxış edən layihə əlaqələndirici İsmayıl Kərimov layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırdı.
İki günlük təlimdə təlim iştirakçılarına layihə anlayışı, layihə yazılışının planlaşdırılmasında problemin və maraqlı şəxslərin təhlili, məqsədi müəyyən edilməsi və alternativ strategiyaların seçilməsi, müdaxilənin məntiqi, layihə yazılışında indikatorların göstərilməsi, risk analizi, məntiqi çərçivənin yazılışı, layihə yazılışında dil üslubu, budcə tərtibatı və digər mövzular interaktiv metodla iştirakçılara çatdırılmışdır. Təlimdə gənclər qrup işləri vasitəsi ilə öyrəndikləri biliklərlə layihələr hazırladılar. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirildi.
Təlim iştirakçılarına təlimlərdən sonra bütün layihə iştirakçıları ilə birgə görüləcək işlər haqqında məlumat verildi.