Sumqayıt hadisələri ilə bağlı ABŞ ictimaiyyətini məlumatlandırılır

762

vashington1_smallABŞ-dakı Azərbaycan diasporası 1988-ci il fevralın 28-də Sumqayıtda baş vermiş hadisələrlə bağlı Amerika mətbuatı və siyasətçilərini məlumatlandırmaq istəyir. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, diaspora nümayəndələri Sumqayıt hadisələri, mart qırğını (azərbaycanlıların soyqırımı günü) və 1915-ci il erməni məsələsi ilə bağlı Amerika telekanallarına və yazılı mətbuat orqanlarına məktublar göndərib.

Məktubda bildirilir ki, o vaxtkı qarışıqlığı, Qafqaz regionunun mürəkkəbliyini, iki icma arasında münasibətlərin nə dərəcədə tez pisləşə bildiyini, birinin digərinin torpaqlarını işğal etməsini, etnik təmizləmə siyasəti həyata keçirməsini, insanlığa qarşı cinayətlər törətməsini daha yaxşı anlamaq üçün bütün məsələləri aydınlaşdırmaq lazımdır: “İyirmi ildən çoxdur erməni lobbisi Azərbaycanı pisləmək və özlərinin azərbaycanlılara qarşı hərəkətlərinə haqq qazandırmaq üçün Sumqayıt hadisələrindən istifadə edir”.

Müəlliflər xatırladıblar ki, Sovet İttifaqının zəiflədiyi günlərdə – “perestroyka” dövründə Azərbaycanın iqtisadi cəhətdən çökmüş və yoxsulluğa bürünmüş Sumqayıt şəhərində faciəli hadisələr baş verib. Rəsmi rəqəmlərə görə, fitnəkarlıq nəticəsində 32 adam (26 erməni, 6 azərbaycanlı) ölüb, bir çoxları yaralanıb, vandalizm və soyğunçuluq aktları dövlət mülkiyyətinə zərər vurub: “Bu, çoxmədəniyyətli, etnik və dini müxtəlifliyi ilə fərqlənən, tarix boyu tolerant olan Azərbaycanda baş vermiş etnik münaqişənin ilk hadisəsi idi. Erməni millətçiləri və təbliğatı itkiləri şişirdərək bu hadisəni geniş miqyaslı qətliam, hətta soyqırım kimi qələmə verirdilər. Tezliklə Sumqayıt faciəsi ermənilərin təqib olunmasına nümunə və Sovet Ermənistanı ilə Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsinin səbəbi kimi təqdim olunmağa başladı. Erməni millətçi dairələri hələ də bu cür iddialarla çıxış edirlər. Onlar ABŞ-dakı icmalarının say çoxluğundan istifadə edərək təbliğat xarakterli saxta iddiaları ilə Amerika ictimaiyyətinin rəyinə təsir göstərirlər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər