Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib – FOTO

1164

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində 1988-ci il fevralın 28-də Sumqayıtda baş verən hadisələrlə bağlı dəyirmi masa keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov bildirib ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Tarixin müxtəlif dövrlərində Ermənistanın terrorçu təşkilatları Azərbaycan əhalisinə qarşı daim təxribat törədib, dinc əhaliyə qarşı zorakılıq tətbiq edib. Bu təxribatların növbəti məkanı Sumqayıt oldu.

Vurğulanıb ki, cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq orqanlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması, qaranlıq qalan məqamları araşdırmaq üçün Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən bu cinayət işi təkrar icraata götürülüb və bu xüsusda istintaq hərəkətləri davam etdirilir.

Çıxışçılar qeyd edib ki, hadisələrin icracılarından ən fəalının erməni olması, hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyanı dolaşdırılması və bu kimi faktlar sübut edir ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər