Sumqayıt Şəhər İcra Hakimiyyəti yarımçıq tikilidə baş vermiş hadisə barədə məlumat yayıb.
Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev Unikal.org-a açıqlamasında bildirib ki, həmin binada təmir işlərinə başlanılıb:
“Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən sınıb. 5 ailənin məskunlaşdığı yarımçıq tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb, xanıma ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir. Bildiyiniz kimi Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni yaşayış məhəllələrinin salınmasına başlanılıb. Artıq iki minə yaxın ailə köçürülüb və proses davam edir. Həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər”.
https://qafqazinfo.az/news/detail/sumqayitda-ucqun-bas-veren-bina-temir-olunur-289752
https://az.trend.az/azerbaijan/gundem/3252422.html
https://azvision.az/news/217769/-ucqun-olan-binanin-sakinleri-yeni-komplekse-kocurulecek-.html
https://news.milli.az/country/857088.html
https://1news.az/az/mobile/news/sumqayitda-binada-ucqun-olub-xesaret-alan-var-foto
https://strateq.az/xeber/438534/sumqayitda-ucqun-bas-verən-binada-təmir-islərinə-baslanib.html