“Sumqayıt” idman direktoru ilə müqaviləyə xitam verib

788

“Sumqayıt” futbol klubunun idman direktoru Zamiq Hüseynov vəzifəsindən ayrılıb.

“Report” “gənclik şəhəri” təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Zamiq Hüseynov 2018-ci ildən “Sumqayıt”ın idman direktoru postunda çalışırdı. Onun fəaliyyəti dövründə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər