26 – 29 iyul 2019-cu il tarixlərində Bakı şəhərində qarışıq döyüş növləri üzrə “Bakı – Open” Beynəlxalq turnir keçirilmişdir. Yarışda çıxış edən şəhər idmançısı Sərhəd Quliyev (70 kq) reytinq uğrunda döyüşdə İran İslam Respublikasının idmançısına qalib gələrək qara kəmərə sahib olmuşdir.
S.Quliyev və onun məşqçisi Rəşad Qurbanovu Baş İdarənin rəisi Elgün Hümbətov qəbul edərək onlarla yarış təəsuratlarını bölüşmüş, bundan sonra daha yüksək nəaliyyətlərə imza atmağı arzulamışdır. Sonda E.Hümbətov idmançı və onun məşqçisi ilə xatirə şəkili çəkdirmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.