SUMQAYIT İDMANÇISI QARA KƏMƏR SAHİBİ OLDU                

1274

26 – 29 iyul 2019-cu il tarixlərində Bakı şəhərində qarışıq döyüş növləri üzrə “Bakı – Open” Beynəlxalq turnir keçirilmişdir. Yarışda çıxış edən şəhər idmançısı Sərhəd Quliyev (70 kq) reytinq uğrunda döyüşdə İran İslam Respublikasının idmançısına qalib gələrək qara kəmərə sahib olmuşdir.

S.Quliyev və onun məşqçisi Rəşad Qurbanovu Baş İdarənin rəisi Elgün Hümbətov qəbul edərək onlarla yarış təəsuratlarını bölüşmüş, bundan sonra daha yüksək nəaliyyətlərə imza atmağı arzulamışdır. Sonda E.Hümbətov idmançı və onun məşqçisi ilə  xatirə şəkili çəkdirmiş, onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər