“Sumqayıt” İsraildən futbolçu transfer etdi

1003

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubun mətbuat xidmətindən Publika.az-a bildirilib ki, “Sumqayıt” İsrailin “Hapoel” (Təl-Əviv) klubunda çıxış edən Əmir Ağayevlə müqavilə imzalayıb. İyirmi yeddi yaşlı futbolçu ilə 1,5 illik sövdələşməyə imza atılıb. Qeyd edək ki, bu, “Sumqayıt”ın dövrələrarası fasilədə sonuncu transferi olub.

Qeyd edək ki, İsrailin “Bnei Yehuda” klubunun yetirməsi olan Əmir Ağayev 2010-2016-cı illərdə bu komandada çıxış edib. O, komandanın heyətində keçirdiyi 180 oyunda 29 qol vurub. Ə.Ağayev, həmçinin “Omoniya” (Nikosiya, Kipr; 7 oyun, 2 qol) və “Beytar Yerusəlim” (5 oyun) klublarının da formasını geyinib. O, son klubu olan “Hapoel”in heyətində 35 oyunda 7 qolun müəllifi olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər