“Sumqayıt” “Kəpəz”lə qarşılaşacaq

846

Topaz Premyer Liqasının ikinci mərhələsi üçün hazırlığını davam etdirən “Sumqayıt” “Bayıl Arena”da səhər məşqinə çıxıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, məşqin əvvəlində daha çox fiziki hazırlığın artırılması yönündə çalışan komanda sonda iki tərəfli oyun keçirib.

Milli komanda ilə Dubayda təlim-məşq toplanışında olan Səlahət Ağayev və Pərdis Fərcad-Azad məşqlərə nisbətən gec qoşulacaq. Murad Ağayev isə məşq zamanı zədə aldığı üçün hazırlığı tamamlaya bilməyib.

Qeyd edək ki, “Sumqayıt” fevralın 2-də “Dalğa Arena”da “Kəpəz”lə yoxlama oyununa çıxacaq. Matç saat 12:00-da başlayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər