“Sumqayıt” “Keşlə”ni məğlub edib

1290

Həftənin üçüncü matçında “Keşlə” “Sumqayıt”ın qonağı olub. Qarşılaşmada hesabı 44-cü dəqiqədə Slavik Alxasovun qolu ilə meydan sahibləri açsa da, qonaqlar fasilədən sonra 47 və 67-ci dəqiqələrdə vurduqları qollarla qələbə qazanıblar. Sumqayıt təmsilçisinin heyətində Cavid Tağıyevlə Əfran İsmayılov fərqlənib.

Bu qələbə sayəsində xalını 7-yə çatdıran “Sumqayıt” “Qarabağ” və “Səbail” ilə birgə 3-5-ci yerləri bölüşür. “Keşlə” isə 1 xalla 7-ci pillədədir.

Qeyd edək ki, ilk oyun günündə lider “Neftçi” autsayder “Zirə”ni səfərdə 2:1 hesabı ilə yenib. “Səbail” – “Sabah” matçında isə qalib müəyyənləşməyib – 0:0. Tura 20:30-da start götürəcək “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Ölkə.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər