İqtisadi İnkişaf Nazirliyində Kollegiya iclası keçirilib.
Kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, 2012-ci ilin yanvar-oktyabr aylarında da makroiqtisadi sabitlik qorunub saxlanılıb, ümumdaxili məhsulda (ÜDM) qeyri-neft sektorunun dinamik inkişafı davam etdirilib və onun ÜDM-də xüsusi çəkisi artıb.
Nazir qeyd edib ki, eyni zamanda sənayeləşmə siyasəti və dövlət proqramlarının icrası uğurla davam etdirilib, sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilib, iqtisadiyyata investisiya qoyuluşu artıb, qeyri-neft ixracı sürətlənib. Bu dövrdə kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, sənaye parklarının və iri fermer təsərrüfatlarının yaradılması, sosial layihələrin icrası və başqa sahələrdə bir çox işlər görülüb. Şahin Mustafayev əsas makroiqtisadi göstəricilər barədə də məlumat verib.
Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı imzaladığı sənədlərin sənayenin inkişafında, sahibkarlığın daha da genişlənməsində əhəmiyyəti qeyd edilib, hazırda Azərbaycanda müasir sənaye müəssisələrinin və texno-parkların, o cümlədən Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarının təşkili istiqamətində tədbirlərin davam etdirildiyi bildirilib. Bu layihələrin reallaşdırılması ölkədə sənayeləşmə prosesinin daha da sürətlənməsində, iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqində, müasir standartlara cavab verən məhsulların istehsalında əhəmiyyətli rol oynayacaq. Kollegiya iclasında Sumqayıt Kimya Sənaye Parkının təşkili istiqamətində görülən işlərə dair hesabat dinlənilib, sənaye parklarında peşə təhsilinin təşkili vacib sayılıb.
İclasda İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri görülmüş işlər barədə məlumat veriblər. Kollegiya iclasını yekunlaşdıran Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.
Insan huquqlari demisken 2011-ci ilin mart ayindan Sumqayitin icra hakimi Eldar Ezizov Azermetbuat yayimin Sumqayit sobesine aid bir cox qazet koskleri yerinden gotuzdurub basqa is adamlarina satir.Press yazlan qazet kosklerini Quliyev Mubariz adli sexse verilib orda qazetden basqa ne desan satilir. Size bir sualim var press kosklerde doner,salat ve ya pendir corey satilar?
Koskde isleyenler Azerbaycan prizdenti Iham Eliyeva muraciyyet edibler. Onalrda bir xeber cixmayib Eldar Ezizov oz bildiyini elayir.
Indi biz hara muraciyyet edak.
Xahis edirik Allahi demayin. Cunku Allahadan her gun komek isteyirik. Ancaq xeyri yoxdur….