“Sumqayıt” klubu ikinci transferini açıqlayıb

1357

Sumqayıt” futbol klubu yay fasiləsində ikinci transferini reallaşdırıb.

“Report”un klubun saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”dən ayrılan Elvin Məmmədovla 1 illik müqavilə bağlanılıb. “Gənclik şəhəri” təmsilçisi daha əvvəl “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Əfran İsmayılovla eyni müddətə anlaşıb.

Qeyd edək ki, Elvin Məmmədov “Qəbələ”dən (11 oyun, 2 qol) başqa “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”nin (40 oyun 5 qol) formasını geyinib. 2008-ci ildə ilk dəfə əsas milliyə dəvət alan Məmmədov yığmanın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər