“Sumqayıt” komandası təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb

461

“Sumqayıt” 2022/23 mövsümünün ikinci yarısının hazırlığı üçün Türkiyəyə yollanıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Antalyada qış təlim-məşq toplanışı keçirəcək “gənclik şəhəri” təmsilçisi yanvarın 18-dək qonşu ölkədə olacaq.

Komanda hazırlıq prosesində iki yoxlama matçı keçirməyi planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısı yanvarın 24-də start götürəcək. “Sumqayıt” yanvarın 25-də “Zirə”nin qonağı olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər