“Sumqayıt” komandası yeni rekorda imza atıb

523

“Sumqayıt” komandası Premyer Liqadakı ən uğurlu startına imza atıb.

Sumqayitxeber.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk turda “Keşlə”ni 2:0 hesabı ilə məğlub edən Ayxan Abbasovun baş məşqçi olduğu komanda bu dəfə “Sabah”la oyunda da eyni nəticə ilə qalib gəlib.

Premyer Liqada 2011-ci ildə debüt edən “gənclik şəhəri” təmsilçisi əvvəlki 10 mövsümdə yalnız bir dəfə ilk iki oyunda 6 xal toplayıb. 2014/15 mövsümündə sumqayıtlılar “Qarabağ” (+:-) və “Xəzər Lənkəran”la (1:0) görüşlərdən sonra indiki kimi eyni xal və top fərqinə malik olub. Həmin rekord təkrarlansa da, 7 il öncə qarşılaşmalardan birində texniki nəticə qeydə alınıb.

Qeyd edək ki, son 5 mövsümün startında “Sumqayıt” eyni nəticəyə imza atıb. Komanda ilk iki oyundan birində qalib gəlib, digərində uduzub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər