Sumqayıt könüllüləri vətəndaşlarımızın sağlamlığının qorunmasına öz töhfəsini verir

1003

Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkənin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib.

Sərəncamda da qeyd olunduğu kimi könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Könüllülərimiz hər zaman öz yaradıcılıqları, təşəbbüskarlığı, innovativ düşüncə tərzi ilə qoşulduqları bütün layihələrə yeni nəfəs vermiş, ölkəmizdə bir çox tədbirlərin, layihələrin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq Azərbaycan könüllüləri yeni növ koronovirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsində ilk gündən fəal iştirak edirlər. Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi çətiri altında keçirilən aksiyalar çərçivəsində könüllülər tənha yaşlılara, aztəminatlı ailələrə baş çəkir, onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərir, həmçinin koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə verirlər.

Sumqayıt şəhərində də gənc könüllülər karonavirus pandemiyası yayıldığı ilk gündən koronavirusla mübarizədə dövlətin yanındadırlar, şəhər ərazisində həyata keçirilən koronavirusla mübarizə tədbirlərində fəal iştirak edirlər. Gənc könüllülər əhalinin sosial rifahı, maarifləndirmə tədbirləri ilə bağlı aparılan sosial aksiyalarla yanaşı, vətəndaşlarımızın sağlamlığının qorunmasına da öz töhfələrini verirlər.

Belə ki, Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığı nəzərə alınaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva cəmiyyətə çağırış etmişdir. Sumqayıt şəhər sakinləri də bu çağırışa və təşəbbüsə qoşularaq könüllü olaraq qanvermə aksiyasında fəal iştirak etdilər.

Sumqayıt şəhərində fəaliyyət göstərən gənc könüllülər digər aksiyalarla yanaşı bu xeyirxah və nəcib aksiya da qoşuldular.

Gənc könüllülər Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsin fəaliyyətində də yaxından iştirak edir, həyata keçirilən layihələrə öz dəstəklərini göstərirlər.

Dövlətimiz tərəfindən könüllülük fəaliyyətin təşviqi, vaxtında atılmış zəruri addımlar, eyni zamanda normativ hüquqi baza təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması nəticəsində bu gün ölkəmizdə güclü bir könüllülük hərəkatı formalaşmışdır. Ötən dövr ərzində formalaşmış könüllü gənclər hərəkatı koronavirusla mübarizə tədbirlərindəki əməli fəaliyyəti ilə bir daha göstərdi ki, onlar hər zaman dövlətimizin yanındadırlar, xalqımızın və dövlətimizin inkişafı naminə həyata keçirilən fəaliyyəti dəstəkləyirlər.

 Mətanət Məhərrəmova, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər