“Sumqayıt Kuboku” keçiriləcək

1038

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2012-ci ildə imzaladığı 2012-ci ilin Azərbaycan Respublikasında “İdman ili” elan edilməsinə dair sərəncamı ilə əlaqədar olaraq və ölkəmizdə idmanın inkişaf etdirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə “Sumqayıt” klubu 21 yanvar 2012-ci il tarixindən “Sumqayıt Kubouk” uğrunda futbol turnirinə start verir.

Sumqayıt şəhərində məktəblər arası keçiriləcək turnirdə hər birində 3 yaş qrupu olmaqla 32 məktəb iştirak edəcək. Ümumtəhsil məktəblərinin və “Sumqayıt” Futbol Klubunun 1998-1999-cu il, 2000-2001-ci il, 2002-2003-cü il təvəllüdlü yaş qrupları üzrə komandalarının iştirak edəcəyi yarış olimpiya sistemi üzrə təşkil olunacaq. Turnir Sumqayıt Dövlət Universitetinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun süni örtüklü futbol meydançalarında keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər