“Bizim Gənclər” ictimai birliyi “Mən narkomaniyanı bu rakursda görürəm” layihəsini həyata keçirməyə başlayıb.
1news.az-dan verilən məlumata görə layihə qismən Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.
Layhənin əsas məqsədi ictimaiyyətdə, əsasən də gənclər arasında narkomniyanın yayılmasının qarşısının alınması və sağlam həyat tərzinin təbliğ olunması üzrə işin aparılmasıdır.
İki istiqamətdə həyata keçirilən layihə 3 ay ərzində Sumqayıtın 48 ümumtəhsil məktəbini əhatə edəcək.
Layihənin birinci istiqaməti uşaq rəsmlərinin müsabiqəsi və “Mən narkomaniyanı bu rakursda görürəm” mövzusunda şüarlar yazılmış plakatların hazırlanmasını əhatə edir.
Layihənin ikinci istiqaməti Sumqayıtın 48 ümumtəhsil məktəbindən 96 müəllimə iki günlük seminarın keçirilməsini (hər məktəbdən iki müəllim olmaqla) əhatə edir.
Tədris Avropa Birliyi və BMT-nin “Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı” əsasında yaradılmış “Narkotiklərə qarşı milli təbliğat” idarəsində keçiriləcək. 1news.az