Sumqayıt niyə və necə yarandı? – Çöldə salınan şəhər

636

Sumqayıt deyiləndə ilk ağıla gələn zavodlar və istehsalat sahələri olur. Sənaye obyektlərinin yerləşdirilməsi üçün yeni şəhər salmaq zərurəti yarananda Sumqayıt kiçik bir kənd idi. Burada ilk tikinti işlərinə 1938-ci ildə başlanır, lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq şəhərin tikintisi dayandırılır. Tikinti işləri 1943-cü ildə yenidən bərpa olunur. Bəli, uzanıb gedən çöllərdə sexlər və zavodlar tikilirdi. İllərdir bu zavodlar şəhərində yaşan, işləyən müsahibimiz Oqtay Niftəliyev deyir ki, ilk tikilən müəssisələrdən biri vaxtı ilə ölkəni xlorla təmin edirdi. Zavodlara işləməyə gələn gənclər həm də şəhərin ilk qurucuları, ilk sakinləri olublar. Sumqayıtda məskunlaşan alman, avstriyalı və macarlar ilk növbədə taxta baraklar, yataqxanalar, işləmək üçün emalatxanalar tikirdilər. İlk Boru Prokat Zavodunun sexləri də bu xarici məhbuslar tərəfindən tikilib. Bu zavodda 2600 əsir işləyib. 60 –cı illərdə Sumqayıt Avropa məkanında ən böyük kimya müəssisələri olan şəhər kimi tanınırdı. Kimya sənayesində başlayan tənəzzül isə ulu öndər Heydər Əliyevin Yaponiyaya səfərindən sonra aradan qaldırılır. Sonrakı mərhələdə isə Sumqayıtın ekologiyasına mənfi təsiri olan zavodlar yeniləri ilə əvəzlənir. Öz inkişafında keçdiyi bir neçə mərhələdə buranın sakinləri əsasən inşaatçılar və montaj işçiləri olub. Sonradan onların məskunlaşdıqları yaşayış məntəqəsinə “İnşaatçılar qəsəbəsi” adı verilib. Beləliklə, indi 75 yaşın qürurunu yaşayan Sumqayıt şəhəri yarandı. İndi isə Sumqayıt dəyişir, inkişaf edir. Hazırda kimya-metallurgiya şəhərindən çox böyük sənaye və gənc intellektual beyinlər, idmançılar şəhəri kimi tanınır. Qeyd edək ki, hazırda Sumqayıtda 426 min əhali yaşayır.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər