Sumqayıt-Novxanı yolunda 14 obyekt söküləcək

3305
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının kağız üzərində və rəqəmsal formada qrafik təsviri hazırlanaraq aidiyyəti üzrə Nazirlər Kabinetinə təqdim olunub və Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli, 315 nömrəli Qərarı ilə təsdiq edilib.
AzVision.az Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir ki, bunu qurum yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib. Onun sözlərinə görə, Xəzərdənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində 140 obyektdə aparılan monitorinq nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə 50 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

Dövlət agentliyinin direktoru bildirib ki, Sumqayıt-Novxanı yolu boyunca mövcud olan 14 hal üzrə sənədlər özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə aidiyyəti məhkəmələrə göndərilib.

“Məhkəmə 2 iddianı təmin edib, 12 iddia ilə bağlı ekspertiza təyin olunub. Xətai rayonu Naximov küçəsi ünvanında 46 halda Xəzərdənizi sahilinə torpaq sahəsinin tökülməsi və orada qeyri-qanuni tikinti işlərinin aparılması fakları ilə bağlı sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. İşlər davam etdirilir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər