Sumqayıt Olimpiya İdman Kompleksində klublararası ənənəvi karate turniri keçirilib (FOTO)

1889

Sumqayıt Olimpiya İdman Kompleksində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş klublararası ənənəvi turnir keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Karate Federasiyası (AMKF) və təşkilatın üzvü olan “Dostluq” Əlbəyaxa Döyüş İdman Növləri Klubunun Sumqayıt şəhər şöbəsi birgə keçirdiyi yarışın təntənəli açılış mərasimində AMKF prezidenti Yaşar Bəşirov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, federasiyanın baş katibi Mirhəsən Seyidov, İdarə heyətinin üzvü Fizuli Musayev, Azərbaycan Şotokan Karate-do Federasiyasının prezidenti Elçin Mehdizadə və turnirin təşkilat komitəsinin sədri Rafael Məmmədov ölkədə karatenin yüksək inkişaf səviyyəsində olduğundan danışaraq, olimpiya idman növü olduqdan sonra aşağı yaşlılar arasında belə turnirlərin əhəmiyyətindən söz açıblar.

 Ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əlieyev cənablarının idmana daimi diqqət və qayğısı sayəsində azərbaycan karateçilərinin yüksək beynəlxalq göstəricilərini diqqətə çatdıran natiqlər, bu yolda uşaqlara, yeniyetmə və gənc idmançılara uğurlar arzulayaraq, 31 dekabr bayramı münasibəti ilə Dünya Azərbaycanlılarının Həmrəylik gününü təbrik ediblər. Fəxri qonaqlara diplomlar təqdim olunub.

Nümunəvi çıxışlar və bədii hissədən sonra 6-17 yaşlı uşaq, yeniyetmə və gənclər arasında yarışlar davam edib. Fərqlənən idmançılar kubok, diplom və medallarla mükafatlandırılıb. Rəsmilər turnirlə bağlı federasiyanın saytına müsahibə veriblər.


src=”https://cdn.trend.az/media/pictures/2018/12/24/karate_241218_01.jpg” width=”1000″ height=”667″ />

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər