Sumqayıt Dövlət Rəsm Qalereyası “Sumqayıt-70” layihəsi çərçivəsində “Təsviri yaradıcılıq görüşləri” adlı plener təşkil edib.
Qalereyanın müdiri Ellada Rəşidova bildirib ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən tədbirin məqsədi müəllimlər və gənc rəssamlar arasında sənət mübadiləsi aparmaqdır.
E.Rəşidova plener çərçivəsində təsviri sənət mövzusunda diskussiya aparıldığın da qeyd edib.
Sumqayıt şəhər Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin, eləcə də, 15 və 35 nömrəli orta məktəb rəsm müəllimlərinin və şagirdlərinin qatılılığı plenerdə sərbəst mövzu və texnikalarda maraqlı rəsmlər işlənilib.
Sumqayıtın Nəsimi adına mədəniyyət və istirahət parkında keçirilən plenerdə şagirdlərin sərbəst mövzuda işlədiyi rəsmlər sakinlər tərəfindən maraqla qarşılanıb.