Sumqayıt Perinatal Mərkəzi ən son avadanlıqlarla təchiz edilib

1052
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Sumqayıt Perinatal Mərkəzinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına müasir Süni tənəffüs aparatı, Qızdırıcı bələk, Kardiomonitor, Sovurucu və Narkoz aparatı olmaqla ən son texnoloji avadanlıqlar alınıb.
Avadanlıqlar Sumqayıt Perinatal Mərkəzin Neonatal reanimasıya və intensiv terapiya şöbəsində istifadəyə verilib.
Bu aparatlar vasitəsi ilə tənəffüs catışmazlığı olan yenidoğulmuş körpələrə tənəffüs dəstəyi veriləcək. Tam parenteral qidalanma ücün infuzomatlar və reanimasion monitorinq ücün coxfunksiyalı monitorlar vasitəsilə isə yenidoğulmuşlar müxtəlif parametrlər üzrə izləniləcək.
Yenidoğulmuşların standarta uyğun təxliyyəsi ücün transport küvez və stasionar küvezlər də mövcuddur. Şöbədə, eyni vaxtda hava/oksigen frizlə 15 yenidoğulmuşa xidmət göstəriləcək.
Qeyd edək ki, bu günə kimi bu cür tibbi avadanliqlar yalnız özəl klinikalarda olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər