Sumqayıt polisi ötən həftə baş vermiş cinayətin üstünü açıb

852

Qadına qarşı quldurluq edən şəxs yaxalanıb

Sumqayıtda vətəndaş Əsədova Ülviyyə Nazim qızına qarşı aprelin 22-də törədilmiş quldurluq faktının üstü açılıb. Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində gücünü xanıma göstərən şəxs yaxalanıb.

Sumqayıt ŞPİ-nin müstəntiqi Malik Bahadurovun sözlərinə görə, vətəndaş Əsədova Ülviyyə Nazim qızına qarşı quldurluq hadisəsini törətmiş şəxsin Sumqayıt şəhər sakini Almuradov Vüqar Malik oğlu olduğu müəyyənləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Vüqar hadisəni törədərkən Ülviyyə Əsədovanı qorxutmaq üçün bıçaqdan istifadə edib. Sumqayit şəhəri, 1-ci mikrorayon ərazisində xanıma hədə-qorxu gələn Vüqar ifadəsi zamanı maddi ehtiyac səbəbindən quldurluğa əl atdığını bildirib.

Müstəntiq Malik Bahadurov bildirib ki, Vüqar Almuradov əlində silah qismində istifadə etdiyi bıçağı Ülviyyə Əsədovanın boğazına dirəyərək ona xasarət yetirəcəyi ilə hədələyib və onun əlində olan pul kisəsinin tutacağını kəsərək 170 manat pul və “Samsunq” markalı telefonu götürüb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Vüqar Almuradov barəsində Cinayət Məcəlləsinin quldurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.

İstintaq araşdırmaları davam etdirilir. Saxlanılan şəxsin digər cinayət əməlləri törətməsi də istisna edilmir. Saxlanılan Vüqar Almuradovun bu ilk cinayət əməli deyil. O, 2007-ci ildə narkotik vasitələri qanunsuz əldə edib saxladığına görə bir dəfə məhkumluq həyatı yaşayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər