Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş maliyyə yardımı müsabiqəsinə yekun vurub.
Müsabiqəyə 512 QHT-dən layihə təklifi daxil olub, onlardan 80-ə yaxın layihə Şuranın sənədləşmə ilə bağlı tələblərinə cavab vermədiyi üçün ekspertiza mərhələsinə buraxılmadan müsabiqədən uzaqlaşdırılıb, ekspertiza mərhələsində hər layihə iki müstəqil ekspert tərəfindən qiymətləndirilib.
Şura əvvəlki iclaslarda maliyyələşdirilməsi qərara alınmış layihələr barədə büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında Katibliyin arayışlarını nəzərə alaraq, 345 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib.
Maliyyə yardımı ayrılmış QHT-lər arasında Sumqayıt QHT-ləri və Sumqayıtda həyata keçiriləcək layihələr də şura tərəfindən dəstəklənib. Həmin QHT-ləri və layihələri təqdim edirik:
Fərzəliyеv Sаhib Abduləli oğlunun rəhbərlik etdiyi “Pоtеnsiаl” Sumqаyıt Mütəхəssislər Birliyinə “Sumqayıt şəhəri məcburi köçkün məktəblərinin şagirdlərində sağlam həyat tərzinin formalaşması ilə bağlı sanitariya mədəniyyətinə aid maarifləndirmə tədbirlərinin təşkili” layihəsini həyata keçirmək üçün 6 000,0 AZN məbləğində maliyyə ayrılıb;
Süleymanov Ramil Əmirxan oğlunun rəhbərlik etdiyi “Demokratik Gənclər” İctimai Birliyi “Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün gənclərin sosial, hüquqi problemlərinin həllinə dəstək” layihəsini həyata keçirəcək. Bu məqsədlə təşkilata 5000 AZN məbləğində maliyyə ayrılıb;
Qasımzadə Leyla Məmməd qızının rəhbərlik etdiyi Sumqayıtda Alman Dili Müəllimləri İctimai Birliyi də qalib QHT-lər sırasındadır. Belə ki təşkilata “Azərbaycanın ərazi bütövlüyünün Almaniyada təbliği” layihəsinə 6000 AZN maliyyə ayrılıb;
Аzərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi “Bakı, Sumqayıt və bölgə ümumtəhsil məktəblərində kurikkulumun mahiyyəti barədə valideynlərin maarifləndirilməsi” layihəsini həyata keçirəcək və buna görə də təşkilata 6000 AZN maliyyə ayrılıb;
Eyvaz, sumqayitxeber.com