Sumqayıt Regional Vəkil Bürosu 5 yaşını qeyd etdi

1359

Sumqayıt Regional Vəkil Bürosunun 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov,  Sumqayıt şəhər prokuroru Mürvət Həsənov, Sumqayıt Şəhər Polis İdarəsinin rəisi polis polkovniki Fəqan Azadəliyev,YAP Sumqayt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt Şəhər Məhkəməsinin nümayəndələri və vəkillər iştirak edib.

Tədbirdə Sumqayıt Regional Vəkil Bürosunun 5 illik fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Vurğulanıb ki,  insan hüquq və azadlıqlarını, onların müdafiəsini vəkillik institutu olmadan təsəvvür etmək olmaz. “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamın preambulasında da qeyd edildiyi kimi insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır.

Bildirilib ki, bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən və hüququn bir çox sahələrini əhatə edən mütərəqqi məhkəmə-hüquq islahatları vəkillik sahəsində də davam etdirilir və etdiriləcək.

Azərbaycan Vəkillər Kollegiyası və Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bir qrup vəkil fəxri fərmanla təltif olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər