Sumqayıt Regional Vəkil Bürosu Elektron Müqavilə sayına görə ilk onluqda

622

Sumqayıt Regional Vəkil Bürosu ölkədə informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində uğurlu nəticələrə imza atıb. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamına əsasən vəkillərin işini asanlaşdırmaq və vətəndaş məmnuniyyətini artırmaq məqsədilə tətbiq olunan “Elektron vəkil orderi” sistemi çərçivəsində Sumqayıt Regional Vəkil Bürosu 229 elektron müqavilə bağlayıb. Bu göstərici ilə Sumqayıt Regional Vəkil Bürosu ölkə üzrə ən fəal bürolar arasında ilk onluğa daxil olub. Ötən ilin noyabr ayında pilot layihə kimi tətbiqinə başlanılan və bu ilin aprel ayından etibarən bir çox bürolarda uğurla həyata keçirilən bu sistem çərçivəsində ümumilikdə 4324 elektron müqavilə bağlanıb. Bu sistem vəkillərin iş prosesini optimallaşdıraraq vaxt itkisini azaldır, vətəndaşların hüquqi yardıma çıxışını daha da asanlaşdırır və hüquqi xidmətlərin keyfiyyətini artırır.

Sumqayıt Regional Vəkil Bürosunun bu uğuru şəhərin hüquqi xidmətlər sahəsindəki inkişafını və bu sahədə rəqəmsallaşmanın əhəmiyyətini bir daha təsdiqləyir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər