“Sumqayıt” rekordunu təkrarlayıb

368

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə 12-ci heç-heçəsini edib.

“Gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb.

2015/16 mövsümündə də sumqayıtlılar 12 sülhə imza atıb. Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/10, “Bakı” 2012/13, “Zirə” 2020/21 mövsümündə 14 dəfə bir xal qazanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər