İnternet vasitəsilə computer almaq istəyən Sumqayıt sakini Böyük Britaniya vətəndaşı Mark Daniklsın adına 1200 $ göndərib. Lakin sonradan anlayıb ki, Mark Daniklsın dələduzdur. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sumqayıt şəhər sakininin şikayəti əsasında Böyük Britaniya vətəndaşı barəsində araşdırmalara başlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, iyunun 19-da Sumqayıt şəhər sakini Nizami Ələmşahov Sumqayıt şəhər Polis İdarəsində ərizə ilə müraciət edərək 2009-ci il yanvarın 13-də internet vasitəsilə kompüter almaq üçün Böyük Britaniya vətəndaşı Mark Daniklsın adına 1200 $ göndərdiyini, lakin kompüterləri ala bilmədiyini bildirib.
Faktla bağlı artıq araşdırmalar aparılır.
Sumqayıt sakini Böyük Biritaniya vətəndaşı tərəfindən aldadılıb
•
1046
Internet uzerinden alish-verishde cox diqqetli olmaq lazimdi…
cooooox maraqli idi