Sumqayıt sakini qardaşını öldürüb meyitini həyətdə basdırdı

711

Sumqayıt şəhərində ağır cinayət hadisəsinin üstü açılıb. Şəhər Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, iyunun 15-dən itikin düşmüş kimi axtarışda olan Xızı rayon sakini Gülağa Nəcəfovun taleyinə aydınlıq gətirilib.
Aparılan araşdırmalardan sonra məlum olub ki, G.Nəcəfov iyunun 15-də saat 05:00 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kirayə yaşadıqları evdə mübahisə zəminində qardaşı Elçin Nəcəfov tərəfindən qətlə yetirilib. E.Nəcəfov tutularaq istintaq orqanına təhvil verilib.

O, dindirmə zamanı qardaşını mübahisə zəminində öldürərək meyitini evin həyətində torpağa basdırdığını bildirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər