Bu gün Bakı-Quba yolunun 55-ci kilometrliyində, Xızı rayonunun Yeni Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş naməlum qadın meyitinin şəxsiyyəti bəlli olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu, Sumqayıt şəhər sakini Omarova Nailə Yuryevnadır.
Bakı şəhər Dövlət Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Arzu Əliyevin verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü N. Omarova Sumqayıtın 4-cü mikrorayon, ev 31-də yaşayıb.
Onun sözləinə görə, qadın bir zamanlar idmançı olub və karate ilə məşğul olub: “Məlub olub ki, Nailə Omarova ikinci qrup əlildir və epilepsiya xəstəliyindən əziyyət çəkirmiş”.
Müstəntiqin verdiyi məlumata görə, meyitin üzərindən çoxlu sayda avtomobilin keçdiyi üçün tanınmaz hala düşüb. Polislər yalnız dırnaqlarındakı boyadan meyitin qadın cinsinə mənsub olduğunu müəyyənləşdiriblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb edilib.
Həlak olanın valideynləri isə Sumqayıtdan ora onun necə gedib çıxdığını anlaya bilmirlər.
Xatırladaq ki, qadının gecə saatlarında yolu keçmək istəyərkən hələlik müəyyən edilməmiş avtomobil tərəfindən vurulduğu ehtimal edilir. Qəzanı tərətmiş avtomobil isə müşahidə kameralarının vasitəsilə axtarışa verilib.
nece heyat surduyu onun wexsi iwidi…..mence bu melumat artiqdi!
insanlara hormet etmeliyik… bu xeberi olen insanin qohumlari , qonwulari oxuya biler… eto ne uvajenie ne tolko k umerwemu celoveku, no i ko vsem ego rodstvennikam.