Sumqayıt sakinləri ələ keçdi - DTX-nın ƏMƏLİYYATI

3141
Sumqayıt Apellyasiya Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan və İŞİD üzvü olmaqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər 2016-cı ilin oktyabr ayında saxlanılıblar.
Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb.
Ona DTX-ya getmək təklif olunsa da, A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd edib. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərərsizləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb.
4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçib. Onalar Sumqayıt şəhər sakinləri A.Gülməmmədov və Ə.İmanovdur.
Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çatdıqdan sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Gülməmmədovun 13, Ə.İmanovun isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti veriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər