Sumqayıt sakinlərindən maraqlı təşəbbüs -FOTO

2123

Son illər Sumqayıt şəhərində görülən işlərdən ilham alan şəhər sakinləri yaşadıqları məhəllədə abadlıq-quruculuq işləri həyata keçirərək şəhərimizdə görülən işlərə öz töhfələrini verirlər.

Sumqayıt şəhər İcra hakimiyyəti başçısının 3 nömrəli  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən 12-ci mikrorüyon ev 36-nın sakinləri öz təşəbbüsləri ilə yaşadıqları binanın girişində, həyətində təmir işləri aparıblar, ağac və gül kolları əkiblər. Binanın girişində müşahidə kameraları quraşdırılıb. Sakinlərin istirahətini təmin etmək üçün oturacaqlar qoyulub.
Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları sakinlərlə görüşüb, görülən işlərlə yaxından tanış olublar.
Qeyd olunub ki, son illər Sumqayıt şəhərində kompleks abadlıq quruculuq işləri həyata keçirilib və bu işlər bu gün də davam etdirilir. Çoxmənzilli yaşayış binalarının dam örtükləri vurulub, liftlər yenilənib, məhəllələrdə asfaltlanıb işləri həyata keçirilib. Sakinlərin də öz təşəbbüsləri ilə bu cür tədbirlər görməsi sevindirici haldır. Sumqayıt şəhər İcra Hakimiyyəti vətəndaşlar tərəfindən irəli sürülən bu cür təşəbbüslərə hər zaman dəstək verdiyi vurğulanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər