Sumqayıt Şəhər 2 saylı Poliklinikası təmir olunur – VİDEOREPORTAJ

5502

Son illər ölkəmizdə səhiyyə müəssisələrinin  əksəriyyəti üçün yeni binalar inşa edilir,mövcud binalar isə əsaslı təmir edilir.Səhiyyə sahəsində həyata keçirilən hər bir layihə ölkə əhalisinin sağlamlığını təmin etmək məqsədini daşıyır. Sumqayıtda  Şəhər 2 saylı Poliklinikasının   əsaslı surətdə təmir olunması və müasir avadanlıqlarla təhciz edilməsi  bu istiqamətdə atılan addımlardandır.
Ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan  tibb müəssisələrinin inşası və ya əsaslı təmiri  Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür.1991-cı ildən fəaliyyət göstərən, bu günədək təmir edilməyən,  52 min şəhər sakininə xidmət göstərən Sumqayıt şəhər  2 saylı Poliklinikasında hazırda  əsaslı  təmir işləri gedir.Müəssisənin təmirə  ciddi ehtiyac var idi  və sanitar-gigiyenik qaydaların  tələblərinə cavab vermədiyinə görə   bu ilin iyun ayından  təmir işlərinə başlanıb .4 mərtəbəli  binanın dam örtüyü, qapı-pəncərələri, su və  elektrik xətləri dəyişdirilib.Əksər kabinetlərdə təmir başa çatıb.Təbii ki,bu gözəl şəraitin yaradılması müraciət edən şəhər sakinlərinin ürəyincədir.
Tibb müəssisəsində  22 sahə üzrə 140 tibb işçisi,46 həkim,69 tibb işçisi,25 texniki işçi  çalışır.Burada 2 terapevt şöbəsi,1 dar ixtisaslı mütəxəsislər şöbəsi,funksional kabinetlər fəaliyyət göstərir. Müəssisədə  EKQ,rentgen,USM,laboratoriya,fizioterapevt  və digər  müayinə otaqları var. Təmir tam başa çatdıqdan sonra poliklinika  ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunacaq. Bu səhiyyə obyekti vətəndaşların və tibb işçilərinin rahatlığına, onların öz potensiallarından daha səmərəli istifadə etmələrinə imkan verəcək.
Xürrəm Bəhlulov, həkim terapevt, baş həkimin müalicə işləri üzrə müavini: “Poliklinikamız 50 mindən yuxarı əhaliyə qulluq edir.Poliklinikanın əsas fəaliyyəti,əsas funksiyası  əhalinin dispanserizasiyası ilə məşğul olmaqdır.Poliklinikda bir neçə şöbələrimiz var.Son vaxtlar şəhərimizdə respublikamızda,tibb müəssisələrimizdə aparılan təmir işləri ürək açandır.O cümlədən də bizim polikilnikamızda bu təmir işləri başlanmışdır.Poliklinikanın ön fasad hissəsi demək olar ki,qurtarmışdır.1-ci mərtəbənin təmir işi tamami ilə başa çatdırılmışdır.Qapılarımız,pəncərələrimiz,həkimlərin əsas otaqları təmir edilmişdir.Bu çox ürək açandır.Bu hamımızı sevindirir.Çox ürək açan işlər görülmüşdür.Bu həm bizi sevindirir,həm də gələn əhalimizin,gələn pasiyentlərin sevincinə səbəb olur.Bundan əlavə məsələn əlavə etmək olar ki,bir neçə il davam edən əhalinin tibbi proflaktik müayinəsi ,şəxsən prezidentin təşəbbüsü ilə irəli sürülən əhalinin tibbi proflaktik müayinəsi nəticəsində bütün əhalimiz  müəyyən müayinələrdən tamamı ilə keçirilir.Bu da əhalinin sağlamlığına müsbət təsir göstərir.”

Qeyd edək  ki, Sumqayıtda  da son 2  ildə  1 nömrəli  Doğum Evi,1 saylı Poliklinika ,Diş Poliklnikası,  Uşaq Poliklinikası, Onkoloji Xəstəxana,Uşaq Xəstəxanasının yolxucu Xəstəliklər korpusu   əsaslı təmir olunub,istifadəyə verilib.Hal hazırda isə 4 saylı şəhər poliknlinikasında  təmir işləri gedir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər