“Sumqayıt Şəhər” Gəncəyə itkilərlə yollanacaq

606
“Sumqayıt Şəhər” PFK Unibank Premyer Liqasının VIII turu çərçivəsində sentyabrın 30-da “Kəpəz”in qonağı olacaq. Gün ərzində iki dəfə olmaqla hazırlığını davam etdirən komandamız sabah Gəncəyə yola düşəcək. Heyətdə yer alan zədəli futbolçular – Rəşad Kərimov və Orxan Həsənov “Kəpəz”lə oyunda iştirak etməyəcək. Əməliyyat olunan Aleksandr Qross isə 3-4 həftədən sonra məşqlərə başlayacaq.
Zədələrini sağaltmış Ruslan Qurbanov, Hacı Əhmədov, Aqil Məmmədov isə artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Mövsümlərarsı fasilədə “Neftçi”dən icarəyə götürülmüş Ruslan Qurbanovun “Sumqayıt Şəhər”in heyətində debüt edəcəyi gözlənilir.

Xatırladaq ki, “Kəpəz” – “Sumqayıt Şəhər” oyunu saat 16:00-da başlayacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər