Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzvlüyünə seçkilərlə bağlı ELAN

583

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın (yeni tərkibdə) üzvlüyünə seçkilərlə bağlı 

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb.

Qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının  nəzərinə çatdırılır ki, şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 28.04.2023-cü il tarixindən 31.05.2023-cü il tarixinədək İcra Hakimiyyətinin Seçki Komissiyasına müraciət edə bilərlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair” Əsasnamənin 2.11-ci bəndinə əsasən vətəndaş cəmiyyəti institutu müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:

–   şəxsiyyət vəsiqəsinin surətini;

–   namizədin tərcümeyi-halını;

–   vətəndaş cəmiyyəti üzvlüyünü təsdiq edən sənədin surətini;

Əlaqələndirici şəxs : Fərman Kazımov, əlaqə telefonu (018) 65 5 35 35

                              farman.kazimov@mail.ru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər