Sumqayıt Şəhər İcra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib

718

Sumqayıt Şəhər Icra Hakimiyyətində 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tədbir keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xanım əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, Azərbaycan qadınları tarixin bütün mərhələlərində kişilərlə birlikdə ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakar xidmətlər göstərmişlər. Müasir dövrümüzdə də Respublikamızın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də  qadınlar şəhərin ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək öz töhfələrini verirlər. Sonda tədbirin iştirakçılarına hədiyyələr təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər