Sumqayıt şəhər Məhkəməsinin sədri vəkilləri təbrik etdi

1363

Sumqayıt şəhər Məhkəməsinin sədri Rəşad Mustafayev  Azərbaycan vəkillərinin peşə bayramı – “Vəkil günü” münasibətilə Sumqayıt Regional Vəkil Bürosunun rəhbəri Anar Qasımlını və Büronun üzvlərini təbrik edib. 

Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanan təbrik plaketini Sumqayıt şəhər Məhkəməsinin hakimi Rəşad Qoşqarlı və sədrin köməkçisi Şahin Bəşirov təqdim edib. 

sumqayitxeber.com-un məlumatına görə, təbrik mətnində deyilir:

“Sizi və rəhbərlik etdiyiniz kollektivin üzvlərini 28 dekabr “Vəkil günü” peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Ulu Öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun layiqli davamçısı olan Prezidentimiz İlham Əliyevin uzaq görən siyasəti nəticəsində qüdrətli və hüquqi dövlətə çevrilmiş Respublikamızda insan hüquq və azadlıqlarının qorunmasxı, onlara göstərdiyiniz hüquqi yardım sahəsinə Sizə böyük uğurlar arzu edirəm”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər