Sumqayıt şəhər Heydər Əliyev prospektində aparılacaq asfaltlama işləri ilə əlaqədar olaraq, 24 aprel tarixində qeyd olunan ərazidə nəqliyyat vasitələrinin saxlanılması müvəqqəti olaraq məhdudlaşdırılır.
Vətəndaşlardan xahiş olunur ki, göstərilən tarixdə avtomobillərini prospekt boyunca park etməsinlər və ərazidə saxlamasınlar.
Bildirilir ki, qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə, həmin ərazidə saxlanılan nəqliyyat vasitələri evakuator vasitəsilə götürülərək kənarlaşdırılacaqdır.
Görülən işlərin vaxtında və təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədilə vətəndaşlardan anlayış göstərmələri və qoyulan tələblərə riayət etmələri xahiş olunur.


Müzakirə qapadılmışdır.