“Sumqayıt Şəhər” Tovuza itkilərlə yollanacaq

656

Unibank Premyer Liqasının X turu çərçivəsində, oktyabrın 23-də “Turan”ın qonağı olacaq “Sumqayıt Şəhər” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hazırlığını davam etdirir. Komandamız Tovuza itkilərlə yollanacaq. Belə ki, Rəşad Kərimov, Samir Abdulov, Eşqin Quliyev, Orxan Həsənov və Aleksandr Qross zədəli olduğu üçün Tovuza aparılmayacaq.

Unibank Premyer Liqasının son turunda “Bakı” ilə qarşılaşmada Andriy Popoviçin qırmızı vərəqə almasından sonra meydana daxil olaraq inamlı oyunu ilə alqış qazanan Sahil Kərimov da son məşqdə əzələsini dartıb. Adıçəkilən qolkiperin “Turan”la matçda oynayıb-oynamayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Sumqayıt Şəhər”in 3 üzvü – Ruslan Nəsirli, Orxan Əliyev və Şamil Cəmaləddinov isə U-17-nin düşərgəsində İtaliyada təlim-məşq toplanışında olduğu üçün komandaya kömək edə bilməyəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər