“Sumqayıt Şəhər”in adı dəyişəcək

871

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı “Sumqayıt Şəhər” adını dəyişdirməyə hazırlaşır. Sumqayıt şəhərinin təmsilçisi 2012-ci ilin yanvar ayından etibarən “Sumqayıt” adlandırılacaq.

Klub prezidenti Kamran Quliyev sözügedən məsələ ilə bağlı bunları deyib: “Premyer Liqanın startı ərəfəsində biz bəzi səbəblərdən klubun adı ilə bağlı istəyimizə nail ola bilmədik. Çünki o vaxt hələ bütün hüquqlar bizdə deyildi. Buna görə də klub elə “Sumqayıt Şəhər” olaraq qaldı. Amma artıq bütün problemlər yoluna qoyulub və 2012-ci ilin əvvəlindən etibarən komandamız “Sumqayıt” adını daşıyacaq. Çünki Sumqayıt futbolu Azərbaycan çempionatlarında məhz bu adla tanınıb, təmsil olunub. Özü də məhz yanvar ayından etibarən bu klub futbol klubu adını daşımağa başlayacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Tərxan Paşazadə
    Dekabr 19, 2011 - 14:37

    Sumqayıt futbolu Azərbaycan çempionatlarında məhz “Xəzər” adı ilə tanınıb. Heyif o “Xəzər”dən…

  • Kenan
    Dekabr 24, 2011 - 16:51

    Men futbollari izlemirem.chox komandalarida tanimiram.Amma yadima gelen bir shey varki Sumqayitda Futbol klubunun ne vaxtsa adi Xezer olub. Amma nece oynayiblar,ne nealiyyetleri olub melumatim yoxdur.Umid edek ki, bu klubun ugurlari olacaq Inshallah.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər