Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək

741
Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı Regional Məşğulluq filialının dəstəyi ilə Sumqayıt şəhərində əmək yarmarkası keçiriləcək.
Dövlət Məşğulluq Agentliyindən sumqayitxeber.com-a verilən məlumata görə, tədbirdə 20 müəssisə tərəfindən 120-dən artıq vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.
Ünvan:  Sumqayıt şəhəri, Heydər Əliyev parkı (Poeziya Evi)
Tarix: 28 noyabr 2023
Saat: 10:00-13:00

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər