“Sumqayıt şəhərində Məhkəmə-Hüquq islahatları” mövzusunda konfrans keçirilib

1068

25 iyun 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı ilə  Azərbaycan Respublikasinın Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosu birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərində Məhkəmə-Hüquq islahatları” mövzusunda Konfrans keçirilmişdir.

Konfransı giriş söz ilə açan YAP Sumqayıt təşkilatının sədri Ramiz Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli fərmanının ölkəmizdə məhkəmə-hüquq islahatalarının yeni mərhələsi üçün yol xəritəsi kimi dəyərləndirmiş, fərmanda göstərilən müddəların tezliklə və qüsursuz icra olunacağını  və vətəndaş məmnunluğunu artıracağını ifadə etmişdir.

Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırovun adından konfransa iştirakçılarını salamlayan Kollegiyanın aparat rəhbərinin müavini Seymur Səfərov Respublika səviyyəsində müzakirəsi aparılan fərmanın Sumqayıt şəhərində ayrıca müzakirə olunmasının əhalinin hüquqi maariflənməsi baxımından mühüm əhəmiyyət kəsb etməsini və cənab Prezidentin fərmanından irəli gələn məsələlərin qısa müddət ərzində Sumqayıt şəhərində gerçəkləşəcəyinə  təkan verəcəyini bildirmişdir.

Konfransda Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Aqil Abbasovun “Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının əhəmiyyəti” mövzusunda, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Tahir Mirkişilinin“Qanunvericiliyin təkmilləşdirilməsi mexanizmləri” Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Mirzəcan Xəlilovun “Sahibkarlığın inkişafında məhkəmə-hüquq islahatlarının rolu” mövzusunda, Sumqayıt şəhər məhkəməsinin sədr əvəzi Fikrət ƏliyevinHakim-vəkil münasibətlərinin etik aspektləri” mövzusunda, Sumqayıt İnzibati-İqtisdi məhkəməsinin sədri İslam Əliyevin “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması”mövzusunda, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin “Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanında prokurorluq orqanları qarşısına qoyulmuş vəzifələr” mövzusunda, Sumqayıt şəhər Polis idarəsinin istintaq şöbəsinin rəis müavini Elşad Şahbazovun “İbtidai stintaq orqanlarının Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanından irəli gələn vəzifələri” mövzusunda, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin rəis müavini Kazım Kazımovun “Məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, alternativ icra mexanizmləri” mövzusunda məruzələri dinlənilmiş, konfrans iştirakçılarını maraqlandıran sualllar cavablandırılmışdır.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Tahir Mirkişili və  Mirzəcan Xəlilovla Sumqayıt Regional Vəkil Bürosu arasında əhalinin aztəminatlı təbəqələrinə ödənişsiz hüquqi yardımın göstərilməsi və hüquqi maarifləndirmə işinin təşkili ilə bağlı əməkdaşlıq memorandumu imzalanmışdır.  Memoranduma əsasən, vətəndaşların deputat tərəfindən qəbulu zamanı büroda fəaliyyət göstərən bir nəfər vəkil qəbulda iştirak edir və hüquqi məsələlər barədə rəy verir.Deputatın yazılı müraciəti əsasında büroda aztəminatlı şəxslərə ödənişsiz zəruri hüquqi yardım (məsləhət, ərizə və şikayətlərin yazılması) göstərilir. Deputat öz səlahiyyətləri daxilində vəkillik institutunun inkişafına köməklik göstərir, qanunvericilik təşəbbüsləri sahəsində vəkillik təsisatları ilə əməkdaşlıq edir, qanunvericiliyin təkmilləşməsi ilə bağlı vəkillik qurumlarından daxil olan təklifləri Milli Məclisin iclaslarında səsləndirir. Tərəflər Sumqayıt şəhərində hüquqi maarifləndirmə işinin təşkili üçün birgə fəaliyyət göstərirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər