Sumqayıt şəhərində şəhid ailələri diqqət mərkəzində saxlanılır – FOTO

927

Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Əlaqələndirmə Mərkəzi tərəfindən davamlı olaraq tədbirlər görülür.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları 27 Sentyabr – Anım Günü ərəfəsində şəhidlərimizin ailə üzvlərinə baş çəkib, şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər