Sumqayıt teatrı yeni mövsümü “Ocaq” dramı ilə açdı – FOTOLAR

1699

Sentyabrın 27-də Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı özünün 49-cu mövsümünü açıb.
Xeberle.com xəbər verir ki, türk yazıçısı Turqut Özakmanın “Ocaq” adlı psixoloji dramı əsasında səhnələşdirilən yeni tamaşa maraqla qarşılanıb. Yeni səhnə əsərinin ilk təqdimatını şəhər rəhbərliyi və teatrsevərlər izləyib.
Rejissor Firudin Məhərrəmovun yozumunda səhnə həlli tapan tamaşada bir ailənin iztirabı kontekstində cəmiyyətin müxtəlif sosial və yaş kateqoriyalarının baxış bucağı mükəmməl şəkildə təqdim olunub.
Tamaşada rol alan Əməkdar artistlər Növrəstə Həşimova, Fəranə Musayeva, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Xatirə Süleymanova, Sədaqət Nuriyeva, Habil Xanlarov, Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı və Amil Babayev psixoloji nüansları, zəngin obrazları məharətlə oynayıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər