Sumqayıt təcrübəsi: müasir idarəetmə modeli – VİDEO

53

Sumqayıt şəhərində lift təsərrüfatında tətbiq olunan rəqəmsal intellektual idarəetmə sistemi ölkə mediasının da diqqət mərkəzindədir. Bu istiqamətdə həyata keçirilən yeniliklər və müasir texnoloji həllər “Baku TV” tərəfindən geniş şəkildə müzakirə olunub və xüsusi reportaj hazırlanıb.

Verilişdə şəhərdə liftlərin mərkəzləşdirilmiş dispetçer xidməti vasitəsilə idarə olunması, real vaxt rejimində nəzarət imkanları, nasazlıqlara operativ müdaxilə mexanizmləri və təhlükəsizlik tədbirləri ətraflı təqdim edilib. Qeyd olunub ki, tətbiq edilən smart idarəetmə sistemi liftlərin daha təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətinə imkan yaradır.

Bildirilib ki, rəqəmsal idarəetmə platforması vasitəsilə liftlərin texniki vəziyyəti anlıq izlənilir, yaranan nasazlıqlar barədə dispetçer mərkəzinə avtomatik məlumat ötürülür və qısa müddətdə texniki heyət hadisə yerinə yönləndirilir.

Hazırda Sumqayıtda həyata keçirilən bu yanaşma kommunal xidmətlər sahəsində innovativ və nümunəvi təcrübə kimi qiymətləndirilir.

“Baku TV”nin hazırladığı verilişdən görüntüləri təqdim edirik.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər